26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" təşəbbüs qrupunun Quba rayon şöbəsi imza toplama kampaniyasını uğurla həyata keçirilib. Rayon təşkilatının sədri Yusif Abidovun "Səs" qəzetinə verdiyi məlumata istinadən, referendumla bağlı müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlər rayon təşkilatı tərəfindən uğurla həyata keçirilir: "Təşkilatın fəalları imzatoplama kampaniyasında da xüsusi fəallıq göstəriblər. Rayon sakinləri partiya tərəfindən təyin olunmuş imza toplayanları yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Kampaniya çərçivəsində diqqət çəkən əsas məqamlardan biri rayon seçicilərinin - qubalıların Yeni Azərbaycan Partiyasına olan inamının dəyişməməsidir".
Rayon təşkilatının sözlərinə görə, imza toplama kampaniyasında 10 nəfər ən fəal partiya üzvləri iştirak edib və 52 saylı Quba, 53 saylı Quba-Qusar dairələrini təmsil etdiyi ərazilərdən ümumilikdə 600 nəfərin imzasını toplayıblar.
YAP Quba rayon təşkilatı nəzərdə tutulan tədbirləri mərhələ-mərhələ həyata keçirir və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini daha artırmaq iqtidarındadır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB