Naira Zöhrabyan: “Ermənistan cəmiyyəti radikallaşır”” İTTİHAM

“Bu, sonun başlanğıcı olacaq”
Naira Zöhrabyan: “Ermənistan cəmiyyəti radikallaşır”” İTTİHAM

"Güc yolu ilə ədaləti bərpa etmək mümkünsüzdür". SİA xəbər verir ki, bu barədə Ermənistanın birinci kanalına "İrs" partiyasının parlamentdəki fraksiya üzvü Naira Zöhrəbyan "Sasna Srer" qruplaşması ilə bağlı baş verən hadisələri şərh edərkən deyib. Deputatın sözlərinə görə, xalq ilk dəfə iqtidara qarşı silahlı müqavimətə dəstək göstərib. Onun fikrincə, narahatedici budur ki, artıq ictimaiyyət müxtəlif problemli məsələlərin həllinə nəninki dəstək verir, eləcə də alqışlayır.

"Ən təhlükəlisi isə budur ki, ictimaiyyətdə radikallaşma gedir, baxmayaraq ki, mənim radikallaşan ictimaiyyəti ittiham etməyə heç bir hüququm yoxdur"-deyə qeyd edən Zöhrəbyan həmçinin bildirib ki, hadisələr çərçivəsində insanların nə dərəcədə hiddətləndiyini anlamasına rəğmən, qətlə yetirmə, girov götürmə kimi hallarla qanunla ölkəsini qurmaq qeyri-mümkündür.

Bununla yanaşı o bildirib ki, baş verənlərdə günahkar radikallığa köklənmiş ictimaiyyət deyil, məhz hökumətdir: "Birinci günahkarlar hakimiyyət nümayəndələridir. Çünki onların buna qədər vədlər verir, imitasiyalar yaradırdılar. Lakin növbəti dəfə onlar buna getmədilər. Bizim hər birimiz bilməliydik ki, sonda kritik an yetişəcək və problemlərin silah yolu ilə həlli legitimləşdiriləcək.

Hakimiyyət nümayəndələri son 25 ildə cərəyan edən hadisələrdən nəticə çıxarmalıydılar, lakin onlar bunun yerinə "bizə qarşı heç bir oyun oynanıla bilməz" prinsipi üzrə hərəkət edirdilər. Ona görə də də nəticəli addımlar daha öncə atılmalıydı .

Artıq bizim ölkəmizdə cini lampadan buraxıblar və əgər iqtidar tərəfindən konkret addımlar atılmasa, hər gün eyni vəziyyət yaşanacaq. Hətta yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə də bənzər proseslər baş verəcək".

Naira Zöhrəbyanın sözlərinə görə, bu tipli situasiyalardan çıxmaq üçün ciddi sistematik dəyişikliklər olunmalıdır: "Əgər iqtidar bir neçə "kilkəni" qurban verəcəksə, heç nə dəyişilməyəcək və bu sonun başlanğıcı olacaq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə