Səttar Mehbalıyev: “Aparılan müzakirələrdən çox şey asılıdır” MÜNASİBƏT

Səttar Mehbalıyev: “Aparılan müzakirələrdən çox şey asılıdır” MÜNASİBƏT

"Ümumiyyətlə bizim gündəlikdə 6 məsələ var. Biz bu məsələləri nümayəndə heyətlərinin müzakirəsinə verəcəyik. Təbii ki, təklif və rəylərə baxıb, eləcə də bütün sənədlərə bir daha nəzər yetirib onu qaydasına salaraq Mərkəzi Seçki Komissyasına (MSK) təqdim edəcəyik". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev bu ilin sentyabr ayının 26-da keçiriləcək Referendumla bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, məqsəd rayonlarda Azərbaycan vətəndaşları ilə görüşüb toplantı keçirmək, Konstitusiyada gedən dəyişikliklər haqqında məlumat vermək, onların fikirlərini öyrənməkdir: "Heç şübhə etmirəm ki, Azərbaycan vətəndaşları yerlərdə aktiv iştirak edəcəklər və öz fikirlərini, təkliflərini yazıb göndərəcəklər. Beləcə referendumun son nəticəsini də MSK elan edəcək. Təbii ki, biz onu bilmirik. Aparılan müzakirələrdən çox şey asılıdır. Əsas məqsəd odur ki, gündəlikdə tutulan məsələləri yerinə yetirək və ölkə Prezidentinin təşəbbüsünə dəstək verək, onun qaldırdığı məsələlərə, Konstitusion dəyişikliklərə biz tərəfdaş çıxaq, onların həyata keçirilməsinə öz töhfəmizi verə bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə