BMT: ““İslam Dövləti”nin terrorçuluq fəaliyyəti genosid kimi qiymətləndirilməlidir” TƏLƏB

BMT: ““İslam Dövləti”nin terrorçuluq fəaliyyəti genosid kimi qiymətləndirilməlidir” TƏLƏB

"İŞİD terror qruplaşmasının 2014-cü ildə İraqın Səncar vilayətində törətdiyi vəhşilikləri insanlığa qarşı cinayət və genosid kimi qiymətləndirilə bilər". SİA xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun İraqda əldə edilən qətliam faktlarının Haaqa Beynəlxallq Cinayətlər Məhkəməsinə göndərilməsi barədə yazdığı məktubunda bildirib.

BMT-nin baş katibi İraqın şimal-qərbində yerləşən Səncar vilayətinin işğal olunmasının ikinci ildönümünə aid etdiyi məktbunda baş verənləri dəhşətli cinayət adlandıraraq qeyd edib ki, terorrçular hələ də əsir və girov saxladıqları müxtəlif dini-etnik qruplara, o cümlədən, yezidi kürdlərin qadın və uşaqlarına qarşı soyqırımı törədirlər və başladılan hərbi əməliyyatların prioritet məqsədi onların azad olunmasına yönəlməlidir.

Pan Gi Mun Bağdad hökumətinə çarğırış edərək təklif edib ki, rəsmi dövlət orqanları cinayətkarların müəyyən edilərək dərhal həbs olunmaları, qanun qarşısına çıxaraq layiqli cəzalarını almaları üçün axtarış yollarını axtarmalıdırlar. "Məhz bundan sonra cinayətkarların işləri Beynəlxalq Cinayətlər Məhkəməsinə göndərilməlidir"-dəyə o vurğulayıb.

Xatırladaq ki, Səncar vilayəti Bağdaddan 400 km fərqi ilə Suriyayla həmsərhədd bölgədə yerləşir. Orada əhalinin çoxluq hissəsi yezidi kürdlərə aiddir. Şəhər 2014-cü ildə ekstremist qüvvələr tərəfindən işğal olunmuşdu. Lakin 2015-ci ilin sonlarından başlayaraq, peşmərgə gücləri tərəfindən işğaldan azad edilib. İşğal dövrü, radikal islamçılar yezidlərə zor gücü ilə islam dinini qəbul etməyə çalışıblar. Nəticədə 40 min yezidi kürd "İraq Kürdüstanı" deyilən əraziyə qaçmış, 50 mini isə yaxınlıqda yerləşən dağlıq bölgələrdə gizlənmişdi.

"İD" terrorçuları işğal dövrü yüzlərlə qadını qul olaraq aparmış, eləcə də satmışdır. Onların bir çoxundan hələ də heç bir məlumat yoxdur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə