Mariya Zaxarova: “ABŞ bu heyvanlara dəstək göstərir” İTTİHAM

Mariya Zaxarova: “ABŞ bu heyvanlara dəstək göstərir” İTTİHAM

"Nə qədər ki, Vaşinqton və onun müttəfiqləri Suriyada "mülayim müxalifət" adlandırılanların cinayətlərini müdafiə edəcək bu addım qərb diplomatlarının bu ölkədə qan tökülməsinin qarşısını almağa yönəlmiş çağırışlarını qiymətdən salacaq". SİA xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "facebook" səhifəsində yazıb.

Qeyd edək ki, Zaxarova avqustun 2-də "mülayim müxalifət" adlandırılan sihalıların Hələbdə kimyəvi hücumlarına əsaslanaraq bu fikirləri qeyd edib. Kimyəvi hücum nəticəsində ən azı 7 nəfər insan həlak olub. XİN sözcüsü onu da bildirib ki, cinayəti "mülayim müxalifətə" aid edilən "Hərəkat Nur ad-Din az-Zinki" silahlı qruplaşması öz üzərinə götürüb. Adıçəkilən qruplaşma daha öncələr də Hələbdə uşaq və qadınların qətliamında iştirak edib.

Bu yaxınlarda isə qan azlığı xəstəliyi səsəbindən xəstəxanada yatan 12 yaşlı fələstinli oğlanın başı adıçıəkilən qruplaşma tərəfindən kəsilərək, sosial şəbəkələrə yerləşdirilmişdi.

"Heç bir günahları olmayan insanlara qarşı zəhərli qaz hücumu edən bu cür heyvanları isə ABŞ dəstəkləyir"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə