Raffi Ovannisyan: “Belə getsə, Ermənistan çoxlu itki verəcək”

Raffi Ovannisyan: “Belə getsə, Ermənistan çoxlu itki verəcək”

"Əgər normal siyasi proseslər vasitəsilə Ermənistandakı təhlükənin qarşısını ala bilməsək, o zaman ölkədə seçki qabağı "Sasna Tsrer" təşkilatına bənzər yeni silahlı qruplaşma meydana gələcək". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu "İrs" partiyasının lideri Raffi Ovannisyan jurnalistərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər bir erməni vətəndaşı "Sasna Tsrer"in üzvü ola bilər: "Lakin onlar anti terrorçu olaraq ölkəni ələ keçirən qalstuklu terroristlərə qarşı mübarizə aparmalıdırlar. Əgər mövcud vəziyyətdən çıxış yolu tapmasaq, o zaman itkilərimizin olacağına heç kimin şübhəsi olmasın. Yüzlərlə insanın öz oğlunu itirməsi ehtimalı getdikcə böyüyür. Yeni Ermənistana aparacaq yol hakimiyyətlə cəmiyyət arasındakı söhbətdən və cəmiyyətin ictimai davranışından asılıdır. Bunun üçün bizim çox az vaxtımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə