İranda edamlar davam edir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Kürdüstan əyalət Prokurorluğunun verdiyi xəbərdə bildirilib ki, ötən gün səhər Kərəc şəhərindəki Rəcai şehr həbsxanasında edam edilən sünnilər bəzi təşkilatlara üzv olmaqda ittiham edilib.
Xəbərdə edam edilən məhkumların sayı və məhkəmə prosesinə dair hansısa məlumat verilməyib. İrandakı insan hüquqları pozuntularını təqib edən "freedomessenger" internet xəbər saytı isə ən az 20 adamın edam edildiyini qeyd edib.
İran İnsan Hüquqları Agentliyi Rəcai şehr həbsxanasında ən az 11 sünni kürd məhkumun edam edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB