Ermənilər özlərini girov təklif edirlər SASNA SRER

Ermənilər özlərini girov təklif edirlər SASNA SRER

İrəvanda birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş keçmiş erməni hərbçilərindən ibarət olan "Sasna Srer" silahlı qruplaşması üzvlərinin iki həftəlik qiyamları yatırıldıqdan və həbs olunmalarından sonra qrup üzvlərinə dəstək mitinqləri davam edir. Belə ki, etiraz aksiyalarında iştirak edən ermənilər əllərində "Sasna Srer"ə dəstək plankartları tuturlar. SİA xəbər verir ki, Ermənistanın müxalifyönlü 1in.am saytının yazdığına görə, etiraz aksiyalarında iştirak edənlər özlərini "Sasna Srer"ə girov kimi təklif edirlər. Saytda bildirilir ki, erməni xalqı Serj Sarkisyan rejiminin girovları olmaqdansa, "Sasna Srer"in girovları olmalarını daha üstün tuturlar.

Xatırladaq ki, silahlı qruplaşmanın üzvlərinin əksəriyyəti Serj Sarkisyanın istefasını və Qarabağ danışıqlarında təslimçi sülhə imza atmamasını tələb edirdilər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə