Savçenko yenidən aclıq elan edir DÜNYAYA TƏLƏB

Savçenko yenidən aclıq elan edir DÜNYAYA TƏLƏB

Ukraynanın "Btkivşina" fraksiyasını təmsil edən deputatı Nadejda Savçenko bəyan edib ki, o, yenidən aclıq aksiyası keçirmək niyyətindədir. Belə ki, bu dəfəki tələb Rusiyada və Donbasda əsirlikdə olan ukraynalı əsgərlərin tezliklə azad eidlməsi ilə bağlıdır. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, Savçenko Kiyevdə keçirdiyi mətbuat konfransında qərarında qəti olduğunu deyib. "Mən uşaqlara (ukraynalı əsgərlərə) görə müxtəlif vasitələrdən istifadə etmişəm, necə ki, dünya da mənə görə bunu etmişdi. İndi isə onlara görə özüm üçün necə mübarizə aparmışamsa, elə də mübarizəmi davam etdirəcəm"-deyə qeyd edən Savçenko bunu belə izah edib: "Uşaqların azad olunması işinin sürətləndirilməsi mexanizmlərindən biri də aclıq aksiyasıdır. Ukrayna hakimiyyətinin və dünya hökümətlərinin sözügedən məsələdə fəaliyyətsizliyi məni bu addımı atmağa vadar edir".

Qeyd edək ki, Nadejda Savçenko bundan öncə Rusiyada əsrilikdə olarkən aclıq elan etmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə