"Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, mən də istefa verə bilərəmmi. Bu qədər yol qət etdiyin, heç nə etməsən belə təəssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür?. Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılır". Bu fikirləri "Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirib.
Ə.Süleymanov 21 ildir Müsavatın üzvü olduğunu da xatırladıb: "Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm, istefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam. Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Musavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!".
Xatırladaq ki, Müsavat başqanı Arif Hacılı dünən verdiyi müsahibədə Rauf Arifoğlunu satqınlıqda, "Yeni Müsavat" qəzetinin isə kursunu dəyişməkdə əittiham edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB