Politoloq: "Ermənistan cəmiyyətində deqradasiyanın son həddi yaşanır" AÇIQLAMA

Politoloq: "Ermənistan cəmiyyətində deqradasiyanın son həddi yaşanır" AÇIQLAMA

"Sarkisyanın Dağlıq Qarabağda olan hərbi qüvvələri İrəvana gətirməsi onu sübut edir ki, o ölkəsində olan hərbi qüvvələrə, polisə güvənmir və onların hər an ona qarşı çevriləcəyini başa düşür". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Sarkisyan növbəti dəfə vaxtilə özünün Dağlıq Qarabağdakı separatçılardan formalaşdırdığı hərbi birləşmələrdən yararlanmaq niyyətindədir: "Bu, eyni zamanda Ermənistanda ordu xalq arasında hər hansı bağlılığın olmadığını və bütövlükdə Ermənistan cəmiyyətinin Sarkisyana güvənmədiyini sübuta yetirir. Bu kifayət qədər ciddi siqnaldır. Lakin yeni hadisə deyil. Çünki vaxtilə Sarkisyan hakimiyyəti zorla mənimsəyən və dinc insanları qətlə yetirən zaman da onu müdafiə etmək üçün qüvvələr məhz Dağlıq Qarabağdan gətirilmişdi. Ümumiyyətlə, düşmən ölkə rəhbərinin fəaliyyəti boyu Dağlıq Qarabağdakı işğalçı qüvvələrdən separatçılardan istifadə etdiyi heç kimə sirr deyil. Son baş verənlər isə Ermənistan cəmiyyətində deqradasiyanın son həddinin yaşandığını göstərir".

E. Mirzəbəyli qeyd edib ki, Ermənistanda mövcud olan siyasi qüvvələrin müstəqil deyil, ayrı-ayrı qüvvələr tərəfindən idarə olunduğunu nəzərə alsaq, Sarkisyan hakimiyyətinin qısa bir zamanda devriləcəyini gözləmək mümkün deyil: "Rusiyanın Ermənistanda daha üstün gücə malik olması hər kəsə məlumdur. Bu baxımdan şimal qonşumuzun hər hansı bir razılığı olmadan Sarkisyan hakimiyyəti, eləcə də düşmən ölkədə mövcud olan bir çox siyasi qüvvələr müstəqil qərara almaq, hətta nəfəs almaq belə imkanına malik deyillər. Bundan başqa Fransa və ABŞ diasporları ilə əlaqəli olan və onların göstərişləri ilə hərəkət edən kiçik qruplar var ki, onlar da öz fəaliyyətlərində müstəqil deyillər. Bu baxımdan xarici qüvvələrin Ermənistanla bağlı qərarı necə olacaqsa oradakı cəmiyyət ona uyğun hərəkət edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə