Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar ilkin təşəbbüs qrupu yaradılıb. Bununla bağlı keçirilən yığıncaqda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Milli Məclisin deputatı Tahir Rzayev, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov və başqaları çıxış edərək, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məlumat veriblər.
Çıxışlardan sonra səsvermə ilə 61 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün 6 nəfər nümayəndə müəyyənləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB