İraqda terror təşkilatı olan İŞİD-in lideri Əbubəkr əl-Bağdadiyənin köməkçisinin öldürüldüyü bildirilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, İraq rəsmi televiziyasında yer alan xəbərdə qeyd olunur ki, əməliyyatlar İraq ordusu tərəfindən təyyarələrlə həyata keçirilib.
Hadisə nəticəsində Bağdadinin köməkçisi ilə bərabər xeyli sayda terrorçunun öldürüldüyü bildirilib. Bununla belə terrorçulara məxsus silah anbarı tamamilə məhv edilib, üç avtomobil, eləcə də içərisində bomba olan iki yük maşını yararasız hala gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB