İcmalçı: “Prezidentlərin üçüncü görüş daha gərgin keçəcək” AÇIQLAMA

İcmalçı: “Prezidentlərin üçüncü görüş daha gərgin keçəcək” AÇIQLAMA

"Qoşunların təmas xəttində aprel ayında baş verən gərginlikdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşləri münaqişənin həllinə stimul yaradacağına ümidi daha da artırıb. Bunun ilk işartılarını aprel ayında gördük. Bu qısa zamanda dünya birliyinin birbaşa və dolayısı yolla Azərbaycanın ədalətli mövqeyinin tərəfində olduğunu müşahidə etməmək olmazdı". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, prezidentlərin ötən iki görüşündə də Ermənistanın status-kvonu, yəni mövcud vəziyyəti qoruyub saxama cəhdi qəbulolunmaz hal kimi bildirilib: "Üçüncü görüş isə daha gərgin keçəcək. Çünki Azərbaycan ötən müddətdə davamı olaraq təzyiqi artırır. Rusiya prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaişəsinin həlli üçün atdığı addımları da nəzərə alsaq rəsmi İrəvanın vəziyyətini anlamaq olar. Kompromisdən çəkinən Serj Sarkisyana qarşı İrəvanda başlanan etiraz dalğasını da bir neçə formada şərh etmək olar.

Hesab edirəm ki, bu rəsmi Moskvanın İrəvana növbəti təzyiqidir. Amma bu təzyiq Sərkisyanın Putinin istədiyi kompromisə məcbur etmək niyyətindən xəbər verir. Bir sözlə üçüncü görüş gərgin keçəcək və bunun nəticəsi regionun gələcək vəziyyətini müəyyənləşdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə