“Qafqaz dialoqu-2016” Forumu keçirilib

“Qafqaz dialoqu-2016” Forumu keçirilib

26-31 iyul Qroznıda "Qafqaz dialoqu 2016" adlı beynəlxalq forum keçirilir. SİA-nın məlumatına görə, forumda Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Cənubi Osetiyadan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak edirlər.

Forumun birinci günündə "Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlı dəyirmi masa keçirilib. Dəyirmi masanın moderatoru qismində çıxış edən Serqey Markedonov münaqişənin tezliklə həll olunmasının vacibliyindən danışıb.

Milli Məclisin deputatı Rasim Musabəyov çıxışında forum iştirakçılarına Azərbaycan Respublikasının mövqeyini bildirib. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirərək ölkəmizin mövcud vəziyyətlə barışmayacağını qeyd edib.

Politoloq Zaur Məmmədov çıxışında münaqişəyə hüquqi konteksdən yanaşaraq erməni tərəfini açıq – aşkar beynəlxalq hüququ pozduğunu qeyd edib. Erməni tərəfi açıq aşkar beynəlxalq hüququ pozur. BMT və digər təşkilatların münaqişəyə dair qətnamələri təəsüflər olsun ki, bu ölkə tərəfindən qulaq ardına vurulur.

Bütün xəbərlər Facebook səhifəmizdə