BAXCP rəsmisi: “Müxalifət referenduma mane ola bilməyəcək” AÇIQLAMA
"Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və ölkəmiz dəfələrlə bəyan edib ki, daha 20-25 ili danışıqlara sərf etməyəcək. Qarabağ probleminin sülh yolu ilə həlli üçün olan zaman bitir, biz torpaqlarımızı hansı vasitə ilə olursa, olsun alacağıq". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Sədr müavininin sözlərinə görə, refendumun əleyhinə olan radikal siyasi qüvvələr təklif olunan dəyişikliyi mürtəce adlandırırlar: "Bu fikri qətiyyən bölüşmürük. Heç bir halda təklif edilən dəyişiklik mürtəce deyil. Bu qənaətə xüsusən radikal müxalifətin təmsilçiləri gəliblər. Biz ölkənin ən güclü parlament partiyasından biri kimi düşünmürük ki, bu dəyişikliklər Konstitusiyanı mürtəceləşdirir. BAXCP olaraq zamanında AXC hakimiyyətini tənqid etmişdik ki, 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktını qəbul edərkən "Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir" cümləsini yazdığımız halda parlamentli respublikaya keçmədik. Böyük səhvlərdən biri də bu idi. 1990-cı ilin parlament seçkilərinin total saxtakarlıq şəraitində keçirildiyini bəyan etsələr də, sonra bu parlamentlə işləməyə üstünlük verdilər. Niyə o zaman parlamenti buraxmadılar? Açıq-aydın görünür ki, indiki mərhələdə iqtidar yeni çağırışlara cavab vermək, hazır olmaq üçün prezidentlik institutunu gücləndirir. Biz ölkədə parlamentli respublikanın tərəfdarıyıq.
Düşünürük ki, güclü demokratiya ənənələrinin olmadığı ölkədə parlament üsul-idarəsi cəmiyyətin inkişafına daha çox töhfə verə, cəmiyyətin daha da sağlamlaşmasına xidmət göstərə bilər. Referendum əleyhinə çıxış edən əsasən AXCP və Müsavat Partiyasıdır. Bu etirazları da normal qarşılamaq lazımdır. Ancaq bu qüvvələrin cəmiyyətdə kifayət qədər sosial dayaqları yoxdur və onların bu prosesə təsir edə biləcəyi, xalqın da onların arxasınca gedəcəyi mümkünsüz sayılır. Bunlar referenduma mane ola bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB