Politoloq: “Türkiyə cəmiyyəti özünün çox ağır mərhələsini keçir” AÇIQLAMA

Politoloq: “Türkiyə cəmiyyəti özünün çox ağır mərhələsini keçir” AÇIQLAMA

"Türkiyədə baş verən hadisələr onu göstərdi ki, Mustafa Kamal Atatürk ideyaları ötən illər ərzində lazımi qaydada həyata keçirilməyib. Yeni Türkiyə cəmiyyətinin formalaşdırılması istiqamətində Atatürk tərəfindən başlanılan islahatlar sona çatdırılmayıb. Nəticədə Türkiyə cəmiyyəti dini qövmlərin, siyasətə bulaşmış, xarici dövlətlərin maraqlarına xidmət edən "molla"ların girovuna çevrilib. Şəriət maraqlarından bu icmalar dövlətin idarəçiliyində iştirak etmək üçün bir çox cinayətlərə əl atıblar. Gizli şəkildə qruplaşmalar yaradaraq, on illiklər ərzində dövlət strukturlarına kök sala biliblər. İyulun 16-da Türkiyədə baş verən hadisələr və buna qədərki gərginliyin də səbəbi məhz budur. İndi isə çox gecdir". Bunu SİA-ya politoloq Ramin Məmmədli deyib.

Politoloqun sözlərinə görə, Türkiyə dövləti milli dövlətçilik məfkurəsinə malik insanları dövlət strukturunda cəmləşdirərək, bu problemdən azad olmalıdır: "Yaranmış vəziyyəti şərh edərkən bir amil Türkiyə sevərləri narahat edir. Bu türkiyəlilərin namus yeri olan Silahlı Qüvvələrin bu çirkin qarşıdurmaya alət edilməsidir. Ordu-xalq qarşıdurmasının yaradılması isə ən şərəfsiz addım idi. Hesab edirəm ki, Türkiyə cəmiyyəti özünün çox ağır mərhələsini keçir. Baş verənlər bir daha sübut etdi ki, Türkiyənin bütövlüyü, monolitliyi, inkişafı və vahidliyi Atatürk ideyalarına sadiqlik olmalıdır. Digər cərəyanlar isə ölkədə çaxnaşma yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə