"Ölkəmiz müstəqilliyinin böyük hissəsini itirib və onun bərpası üçün Serj Sarkisyan bir neçə daxili siyasi prosesləri realizə etməyə cəhd göstərdi, xüsusilə absurd konstitusiya referendumunu - hansı ki, bu bizi daha da çıxılmaz dalana dirədi". SİA xəbər verir ki, bu fikirləri Ermənistanın "Respublika" partiyasının lideri Aram Z.Sarqsyan ölkəsinin 1in.am saytına müsahibəsində deyib.
Onun fikrincə, bunu yaxınlarda baş verən hərbi əməliyyatlar da göstərdi ki, ondan sonra Qarabağ məsələsində təzəyiqlər daha da artmağa başladı: "Serj Sarkisyan anlamağa məhkumdur ki, vəzifə atəşə oxşayır. Əvvəlcə o şölə saçır, işıqlandırır, ardınca isidir, sonra isə yandırır. O, sonuncu mərhələyə çatıb və yanır. Bir çıxış axtarması yerinə Sarkisyan situasiyanı daha da gərginləşdirməyə çalışır ki, məncə bu amil Ermənistan respublikası üçün ciddi təhlükədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB