Baş nazir: "161 nəfər şəhid olub,1440 nəfərin yaralanıb"

Baş nazir: "161 nəfər şəhid olub,1440 nəfərin yaralanıb"

Türkiyənin Baş naziri Binəli Yıldırım TRT Haber telekanalında canlı yayımla çıxış edib. SİA-nın məlumatına görə, o, dövlət çevrilişinə cəhd edənlərin həbs edildiyini, layiqli cəzalarını alacaqlarını qeyd edib. B.Yıldırım 2839 hərbçinin həbs olunduğunu deyib.

Baş nazir hadisədə həlak olanların ailələrinə baş sağlığı verib. Bildirib ki, dövlətin silahı ilə xalqa hücum edənlər PKK terror təşkilatından da aşağı səviyyədədir.

O, xalqa səslənərək vətəndaşları bayraqlarla meydanlara dəvət edib.

B.Yıldırım 161 nəfərin şəhid olduğunu,1440 nəfərin yaralandığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə