CHP-nin sədri Kamal Kılıçdaroğlu İstanbul və Ankaradakı hərbi çevrilişlə bağlı açıqlama verib. SİA-nın "Posta" ya istinadən verdiyi məlumata görə, CHP sədri bildirib ki, Türkiyə belə hadisələri çox görüb: "Eyni çətinliklərin yenidən yaşanmasını istəmirik".
Kılıçdaroğlu bəyanatında CHP-nin hakimiyyətin yalnız parlament yolu ilə dəyişdirilməsinin tərəfdarı olduğunu deyib. Digər məsələlərin xalqın iradəsinə bağlı olduğunu ifadə edib.
Kamal Kılıçdaroğlu: "Bu ölkə belə hadisələri çox görüb. Eyni çətinliklərin yenidən yaşanmasını istəmirik. Respublikamıza və demokratiyamıza sahib çıxır, inancımızı qoruyuruq", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB