Hulusi Akar xilas edildi SON DƏQİQƏ

Hulusi Akar xilas edildi SON DƏQİQƏ

Türkiyədə dövlət çevrilişinə cəhd edənlərlə mübarizə sona çatmaq üzrədir. SİA-nın məlumatına görə, bu haqda "Milliyet" qəzetinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyə Jandarma Baş Komandanlığına təşkil olunan əməliyyatda 16 əsgər ölü olaraq ələ keçirilib. 200 nəfərə yaxın insanın isə saxlanıldığı bildirilir.

Həyata keçirilən hərbi əməliyyatlar nəticəsində girov götürülmüş Türkiyənin Baş Qərargah rəisi, ordu general Hulusi Akar xilas edilib. O, təhlükəsiz yerə aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə