Elmar Məmmədyarov: “Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək” AÇIQLAMA
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıyıq: "Aprel hadisələrinin təkrarlanmaması vacibdir. Ziyan çəkən Ermənistan olur. Biz bunu aprel əməliyyatlarında gördük. Həmişə demişik və bir daha deyirəm ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan müsbət addımları dəstəkləyirik. Bunu Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrova da bildirmişəm".
M. Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşdırılmasında roluna görə Azərbaycana bir daha təşəkkürlərini ifadə edib. O qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB