"Ermənistan xüsusi təyinatlıların kəşfiyyat diviziyasının yaradıcısı və komandiri Vova Vardanovun cari ilin sentyabr və oktyabr aylarında qısamüddətli müharibənin olması ilə bağlı səsləndirdiyi fikirlər düşmən ölkə cəmiyyətində mövcud olan xofdan irəli gəlir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, aprel döyüşlərindən sonra düşmən ölkədə psixoloji gərginlik Ermənistan dairələrində açıq-aşkar hiss edilməkdədir: Bu baxımdan onlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hər an hərbi əməliyyatlara başlaya biləcəyini düşünürlər. Bundan başqa Ermənistan ekspertləri bu cür fikirlər səsləndirməklə dünyaya münaqişənin yenidən alovlanma təhlükəsi olması ilə bağlı mesajlarını göndərmək istəyirlər. Onlar çox yaxşı bilir ki, müharibə başlanması Ermənistan çox çətin vəziyyətə gətirib çıxara bilər. Bu baxımdan düşmən ölkə öz himayədarlarını status-kovunu qoruyub saxlamaq üçün bu ölkəyə müvafiq yardımlar göstərməsini, eləcə də işğalçı Ermənistana deyil, işğala məruz qalan Azərbaycana təzyiq etməsini istəyirlər. Son dövrlər bu iki məqsəd Ermənistan ekspertləri tərəfindən özünü qabarıq şəkildə biruzə verməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB