Ötən gecə Nits şəhərində baş verən terror hadisəsi ilə bağlı polis xəbərdar olub.SİA xəbər verir ki, bu barədə BFM telekanalı məlumat verir. Terror hadisəsi zamanı öldürülən şəxs üzərindən çıxan sənədlərdən tanınıb. O, 1985-ci ildə Tunis doğumlu Fransa vətəndaşıdır. Bundan öncə o, üzərində silah gəzdirməsinə və başqa cinayətlərə görə saxlanılıb. Lakin saxlanılan vaxt onun terrorçuluqla əlaqəsinin olmaması müəyyənləşdirilib.
Terorrorçunun istifadə etdiyi yük maşını isə prokata götürülüb. Onun üzərindən tapança, əl qumbarası və şəxsi sənədləri götürülüb.
Xatırladaq ki, ötən gücə Nits bulvarında Bastiliyanın fəth olunması ilə bağlı keçirilən bayram tədbirində terror aksiyası reallaşdırılıb. Böyük sürətlə hərəkət edən yük maşını atəşfəşanlığı izləyən kütlənin içinə daxil olaraq, onları əzib. Terrorçu maşını ziq-zaq şəklində (daha çox insanı əzmək üçün-red.) iki km məsafə boyu qət eyməyə imkan tapıb. Daha sonra isə o, silahdan da istifadə edib.
Polisin hərəkətə keçməsi nəticəsində onun idarə etdiyi yük maşınına atəş açılıb. Sonradan asayiş keşikçiləri ilə terrorçu arasında atışma baş verib və o, öldürülüb.
Fransa DİN-nin məlumatına görə, terror aksiyasında 100 nəfərədək insanın öldürüldüyü bildirilir. 20 nəfərə yaxını isə kritik vəziyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB