Tural Abbaslı: “Birlik yaradacaq tərəflərin bir araya gəlməsi mümkün deyil” AÇIQLAMA
"Mən düşünürəm ki, indidən belə söhbətlərin aparılması hələ tezdir. Belə ki, hansısa birliyin yaranması üçün tərəflərin bir arada olması və nələrisə birgə müzakirə edib razılığa gəlməsi lazımdır. İndiki halda isə Rəsul Quliyev Amerikada mühacirət həyatı yaşayır və Azərbaycana gəlişi həbslə nəticələnə bilər. Əli İnsanov isə hələ ki, həbsxanadadır və oktyabrda azadlığa çıxacaq". Bunu SİA-ya Vahid Azərbaycan Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı Rəsul Quliyevlə Əli İnsanov birliyinin yaradılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, birlik yaradacaq tərəflərin hələlik fiziki baxımdan bir araya gəlməsi belə mümkün deyil: "Ancaq nəzəri baxımdan düşünsək və ehtimal etsək ki, Rəsul Quliyev Azərbaycan hakimiyyətindən bu və ya digər formada Vətənə dönüş izni aldı. Heç kimə sirr deyil ki, belə bir razılığın alınması qarşılıqlı razılaşma və güzəştlərlə əldə olunur. Ən azından nümunədə Ayaz Mütəllibov qayıdışı var.Yəni o razılaşmanın şərtləri də prosseslərdə həlledici rol oynaya bilər.
Hələ bu zamanda digər bir məsələ öz həllini tapmalıdır. Belə ki, Əli İnsanov azadlığa çıxsa belə onun üzərində məhkumluq qalacaq. Yəqin ki, hakimiyyət də onun siyasi fəaliyyətini məhdudlaşdıracaq bəzi hüquqi addımlar atmağa çalışacaq. Həm də nəzərə alsaq ki, Əli İnsanov 11 ildən sonra azadlığa çıxır və yaşı da artıq gənc deyil ona da azadlıqda reablutasiya olunmağa bəlli bir zaman gərəkəcək.Yəni sizin dediyiniz birlik baş tutsa belə bu barədə indidən danışmaq hələ çox tezdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB