"Məlum səbəblərə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı müzakirə mövzuları barədə geniş ictimai diskussiyalar aparılmır". SİA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət olduqca faydalı idi və Vyana ilə Sankt-Peterburq görüşlərindən sonra irəliləməyə kömək edəcək: "Rusiya və Azərbaycan əlaqələri tərəfdaşlıq xarakteri daşıyır. Biz siyasi səviyyədə intensiv dialoq aparırıq, iki ölkə arasında ticari-iqtisadi münasibətlər xüsusi diqqət tələb edir. Humanitar sahədə əməkdaşlığın dinamikası da qənaətbəxşdir.
Nazir qeyd edib ki, məlum səbəblərə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı müzakirə mövzuları barədə geniş ictimai diskussiyalar aparılmır: "Ümidlərin artdığı bir vaxtda irəliləyişi pozmamaq üçün məsələlərə ehtiyatla yanaşmaq lazımdır. Bu, istənilən diplomatik korpusun etik normasıdır. Lakin bu gün nailiyyətə əvvəlkindən daha çox yaxın olduğumuzu güman etməyə əsas var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB