NATO-nun baş katibi payızda Qafqaza gəlir…

NATO-nun baş katibi payızda Qafqaza gəlir…
NATO-nun baş katibi Yens Stoltenberq payızda Gürcüstana səfər edəcək. Bu barədə RİA Novosti məlumat yayıb. Alyans rəhbəri Qafqaza səfəri barədə Varşavada keçirilən press-konfransda bəyan edib. Onun Gürcüstan rəhbərliyi ilə bir sıra mühüm məsələlər barədə müzakirə aparacağı bildirilir. Qeyd edək ki, cari ilin payızında NATO-nun Şimali Atlantika şurasının üzvləri həmçinin Gürcüstana səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə