Milli Məclisin növbədənkənar son plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasın gündəliyində 9 məsələ olsa da, 3 məsələ müzakirələrdən çıxarılıb.
Parlamentin spikeri Oqtay Əsədov bildirib ki, günədlikdə olan son - Mülki Prosessual Məcəlləsində, "İcra haqqında" qanununa və Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri Milli Məclisə Ali Məhkəmə tərəfindən təqdim edilsə də, hazırda layihələr üzərində iş aparılır. Onun sözlərinə görə, sözügedən layihələr cari ilin oktyabr ayında -yəni Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB