Ermənistanda vəziyyət yenidən gərginləşib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, prezidentlərin Piter görüşündən razı qalmayan ermənilər hakimiyyətin devrilməyəcəyi təqdirdə Qarabağı itirəcəklərini artıq açıq şəkildə bildirirlər. Buna görə də Sarkisyandan "xəyanətinə görə cavab" tələb edirlər.
Erməni hərbi-müxalifətinin təzyiqlərini dəf etmək məqsədi ilə Sarkisyan təcili tədbirlər görməyə qərar verib. İlk olaraq Qarabağ veteranları arasında böyük nüfuza sahib olan keçmiş Şuşa batalyonunun komandiri Jirayr Səfilyanın həbsi barədə qərar verib. O, dövlət çevrilişinə cəhddə ittiham edilib. J.Səfilyan isə ittihamları rədd edib və bu addımın aprel ayında Azərbaycanla müharibədə itirilmiş torpaqlar barədə söylədiklərinə görə intiqam olduğunu düşündüyünü deyib.
Ermənistan Helsinki Komitəsinin prezidenti Avetiq İşanyan Ermənistan hakimiyyətini J.Səfilyanın işini siyasi motivlər üzrə saxtalaşdırdığını bildirib. Ermənistanın demokratik cəmiyyətinin üzvləri Səfilyanı siyasi dustaq elan ediblər.
Sarkisyanın ikinci addımı isə Dağlıq Qarabağ ərazisinə səfər etmək olub. Mütəxəssislərin qənaətinə görə, Azərbaycanın ayrılmaz ərazisi olan Dağlıq Qarabağa Serjin səfəri hakimiyyət əlehdarlarının təzyiqini azaltmağa hesablanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB