Mübariz Qurbanlı: "Ölkədə sabitliyin qorunmasında dini vəziyyətin rolu böyükdür"

Mübariz Qurbanlı: "Ölkədə sabitliyin qorunmasında dini vəziyyətin rolu böyükdür"

Bu gün "Azərbaycan Respublikasi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi – 15: dünən, bugün və sabah" adlı konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və digərləri iştirak edib.

Komitə sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycanda dövlət-din münasibətlərinə xüsusi əhəmiyyət verilir: "Sovetlər dönəmində bütün basqılara baxmayaraq, Azərbaycan xalqı öz dinini qoruyub saxlaya bildi. Müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət-din münasibətlərinin özünə xas modeli formalaşdı. Hazırda dövlət-din münasibətləri bu model üzrə inkişaf etməkdədir".

M.Qurbanlı qeyd edib ki, post-sovet məkanında ilk dəfə olaraq Azərbaycanda Dini qrumlarla iş üzrə dövlət komitəsi yaradılıb: "İlk dəfə bu səpkidə komitə Azərbaycanda yaradılıb. Sonradan başqa ölkələrdə buna bənzər qurumlar yaradılıb".

Komitə sədri bildirib ki, hazırda Azərbaycanda məscidlərin sayı 2100-ə çatıb: "Eyni zamanda ölkədə kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Ölkədə sabitliyin qorunmasında dini vəziyyətin rolu böyükdür".

Tədbir hazırda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə