İrəvanda nə baş verir? Səfilyan həbs olundu

İrəvanda nə baş verir? Səfilyan həbs olundu

Ermənistanın hüquq-mühafizə orqanları radikal müxalifət xadimi, Dağlıq Qarabağın işğalında fəal iştirak etmiş "Yeni Ermənistan" hərəkatının lideri Jirayr Sefilyanı həbs edib. İstintaq Komitəsinin məlumatına görə, Sefilyan qanunsuz silah əldə etmək, saxlamaq və daşımaqda ittiham olunaraq saxlanılıb.

Qeyd edək ki, bu şəxs 10 dekabr 2006-cı ildə tərəfdaşı Vardan Malxasyanla birlikdə dövlət hakimiyyətini güc yoluyla devirməkdə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək, il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən ilin aprelin 7-də isə Sefilyan 4 dostu ilə birlikdə insanları kütləvi iğtişaşlara cəlb etməkdə təqsirləndirilərək, həbs edilmişdi. Lakin bu kimi ciddi ittihamlara baxmayaraq, o 1 aydan sonra sərbəst buraxılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə