Politoloq: “Rusiya həlqənin daraldığını görür” AÇIQLAMA

Politoloq: “Rusiya həlqənin daraldığını görür” AÇIQLAMA

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proses hələ indiyə kimi bu şəkildə dünya ictimaiyyətinin və beynəlxalq təkilatların diqqətində olmamışdı. Bu baxımdan bu gün Sankt-Peterburqda iki ölkə prezidentlərinin keçirəcəyi görüş çox əhəmiyyətlidir. Doğrusu, 1980-cı illərin sonunda və 1990-cı illərin əvvəllərində münaqişənin alovlanmasında rolu olan rəsmi Moskvanın bu gün problemin həllində belə fəallıq nümayiş etdirməsi bir çox mətləblərdən xəbər verir". Bunu SİA-ya hərbi politoloq Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Rusiya onun üçün dünyada həlqənin daraldığını görür və Azərbaycan kimi strateji tərəfdaşını itirmək istəmir: "Putin hakimiyyəti də artıq görür ki, qarşıda ölkəsini daha gərgin dövr gözləyir. Bu baxımdan regiondakı keçmiş müttəfiqləri ilə isti münasibətlər yaratmaq məcburiyyətindədir. Azərbaycan isə Rusiya üçün yaxşı hərbi-siyasi tərəfdaş ola bilər. Düşünürəm ki, hazırda münaqişənin həllində ən çox maraqlı olan üçüncü tərəf - ölkə Rusiyadır. Çünki rəsmi Moskva Qarabağda geniş miqyaslı hərbi əməliyyatların da olmasını qətiyyən istəmir. Amma problemin ədalətli həllini tələb edərək, Ermənistanı da küskün vəziyyətə salmaq niyyətində deyil. Amma burada Azərbaycanın xeyrinə olan bir məqam var. O da Azərbaycanın hərbi-siyasi imkanlarının güclü olması. Hesab edirəm ki, bu görüşdə Rusiya Ermənistana real vəziyyəti başa salacaq və ilkin olaraq, işğal edilən rayonların azad olunmasına nail olunacaq. Əks təqdirdə müharibə qaçılmazdır və hər an bu proses yaxınlaşmaqdadır.

Bir daha qeyd edirəm, əgər Rusiya Ermənistana mövcud vəziyyəti yaxşı anlada bilsə və ya təzyiqi artırsa, münaqişə öz həllini tapacaq. Əks təqdirdə gözləntilər yalnız döyüş meydanına dikiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə