Ekspert: “Rəsmi İrəvanda vəziyyət qarışa bilər” AÇIQLAMA

Ekspert: “Rəsmi İrəvanda vəziyyət qarışa bilər” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistanda bir neçə saat bundan əvvəl vəziyyət tamam qarışıq olub. Düşünürəm ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları pozmaq və Qarabağla bağlı vəziyyəti nəzarətdən salmaq üçün hər şeyə gedər". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün Ermənistan prezidenti Serj Sarkisyan özünün ağılsız siyasəti, tərəfdarlarına xəyanət etməklə acınacaqlı vəziyyətə düşüb: "Ermənistanın keçmiş xarici işlər naziri, hazırda parlamentin deputatı Vardan Oskanyan da yeni bir partiya yaradıb. Təbii ki, o da çox böyük iddialarla president olmaq arzusundadır. Ümumiyyətlə son vaxtlar istər Ermənistanın keçmiş baş naziri, istərsə də onun tərəfdarları olsun çox aktiv hərəkətə keçirlər. Bəlkə də Qarbağ məsələsi bunlara öz planlarını həyata keçirmək üçün çox unikal şans yaratdı. Əgər Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Rusiyanın maraqlarına cavab vermən nəticə olmasa böyük ehtimalla rəsmi İrəvanda vəziyyət qarışa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə