Əli Həsənov: "Müstəqillik həm də hüquq və azadlıqlarının etibarlı təminatı üçün imkandır"
"Bildiyiniz kimi sabah ölkəmizdə Formula-1 yarışları start götürüləcək. Formula -1 yarışının təşkilatıçılığını Azərbaycana həvalə edilməsi Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurların beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunun göstəricisidir". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Milli Məclisdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
Azərbaycanda mövcud olan insan hüquq və azadlıqlardan danışan Ə.Həsənov söyləyib ki, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, həm də hüquq və azadlıqlarının etibarlı təminatı üçün imkandır.
Azərbaycan prezidentinin köməkçisi bildirib ki, dövlət müstəqiliyinin ilk illərində Azərbaycanda insan hüquqları kütləvi şəkildə pozulurdu: "Belə ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edərək, havadarlarının köməyi ilə Dağlıq Qarabağı, eləcə də 7 rayonu işğal edib. Onlar etnik təmizləmə edərək 1 milyondan çox insanı öz yurd-yuvasından didərgin salıblar. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər milyondan çox vətəndaşının hüquqlarını ən kobud şəkildə pozulmasına hüquqi və siyasi qiymət vermir, Ermənistana qarşı hər hansı sanksiya tətbiq etməkdən çəkinirlər".
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi sahəsində işlər 1993-cü ildə Ulu Öndərin hakimiyyəti gəlişindən sonra görülməyə başladı: "Bu dövrdən etibarən Azərbaycanda insan hüquqları ilə bağlı qanunvericilik bazası beynəlxalq sənədlərdə təsdiq edilmiş standartlar nəzərə alınmqla formalaşdırılmağa başlandı. Təbii ki, Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının əsas təminatı Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasıdır. 158 maddədən ibarət qanunun 8 maddəsi bilvasitə insan hüquq və azadlıqları ilə bağlıdır. Bu istiqamətdə digər fundamental sənəd 1998-ci ilin iyun ayının 18-də Ulu Öndər tərəfindən təsdiq edilən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramıdır. Proqramda iqtisadi islahatların aparılması, yeni məhkəmə sisteminin yaradılası, konstitusiyaya nəzarət, hüquq-mühafizə fəaliyyətinin təkmilləşdirilməsi, QHT-lərin, KİV-lərin fəaliyətinin genişlənidirilməsi və digər istiqamətlər üzrə əhəmiyyətli tədbirlər öz əksini tapmışdı. Məhz həmin proqramının qəbul olunduğu 18 iyun tarixi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ildə imzalanan sərəncamı ilə milli insan hüquqları günü kimi qed edilməyə başladı. İnsan hüquq və azadlıqların təmin edilməsini ali məqsəd kimi dəyərləndirən Azərbaycan Prezidenti bu sahədə görülən işləri uğurla davam etdirib. 2006 və 2011-ci ildə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib".
Prezidentin köməkçisi vurğulayıb ki, 2025-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb: "İnsan hüquqları söz və sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Sərbəst toplaşmaqla bağlı yerli icra hakimiyyəti orqanları rayonlarda açıq və qapalı yerlər müəyyən edilib. Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsində partiyaların maliyyələşməsinə 2,5 milyon vəsait ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib. Ölkəmizdə eləcə də vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bir sıra qanun və qərarlar qəbul edilib. Ölkədəki QHT-nin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtsaslaşıb. 2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir. Gənclər Fondu gənclər təşkilatlarının, gənclərinin layihələrinə dəstək göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır. Keçən ildən başlayaraq icra orqanları yanında İctimai şuralar yaradılmasına başlanılıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur. Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. 1999-cu ilin dekabrında KİV haqqında qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə 7 gün sonra nəşrə başlamaq olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB