Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə rayonda yerləşən 11 saylı inteqrasiya tipli internat məktəbində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, YAP İdarə Heyətinin üzvü Nəriman Salmanov, internat məktəbin direktoru Gülnarə Abdullayeva, rayonun tanınmış ictimai-siyasi şəxsləri və məktəbin müəllim-şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru G.Abdullayeva tədbir iştirtakçılarını salamlayaraq, onları 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib.
Sonra söz YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevaya verilib. Partiyanın rayon təşkilatının sədri bu tarix barədə danışaraq onun əhəmiyyətli məqamlarına toxunub. O, qeyd edib ki, hər bir yeniyetmə və gənc bu tarixlə qürur duymalı, onu dərk edərək, gələcək nəsillərə çatdırmalıdır: "Çünki xalqımızın qurtuluş tarixi məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, mübarizliyi sayəsində yazılmışdır. Bir tərəfdən "Talış Muğan Respublikası", digər bir yandan "Sadval", daha bir yandan isə Surət Hüseynovun başıpozuq silahlıları ölkəmizi parçalamağa, kiçik əyalətlərə bölməyə çalışırdılar. Bu mənfur işdə həm daxili, həm də xarici düşmənlər, bu gün özlərinə əsas müxalifətçi deyən kəslər iştitak edirdilər. Lakin xalqımız, millətimiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyini tələb edərək, Azərbaycanı düşdüyü bəladan qurtarmağa səslədilər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu çağırışa etinasız yanaşmadı və həmin tarix 15 iyun günü olaraq, xalqımızın milli qurtuluşu timsalında əbədi salnamə yazdı".
M.Abasquliyeva hazırda Azərbaycanın inkişaf və tərəqqi yolunu tutduğunu deyərək, Ulu Öndər Heydər Əliyev siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla aparıldığını vurğulayıb: "Prezidentimiz və Onun xanımı, millət vəkili, YNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan qadınının analıq nümunəsi Mehriban xanım Əliyeva cəbhə xəttində baş verən məlum aprel təxribatlarından sonra düşmənə layiqli cavab verən əsgərlərimizlə, cəbhə bölgəsində yaşayan sakinlərlə görüş keçirdi. Bu faktor isə bir daha belə qənaətə gəlməyə əsas verir ki, bəli, dövlətimiz daim xalqının yanındadır və hər an öz xalqının firavanlığı, daha yaxşı yaşaması üçün çalşır, yorulmadan səylər göstərir. Bizlər də bu uğurlu siyasət ətrafında daha da sıx birləşərək, həmin siyasəti dəstəkləyir, bundan sonra da dəstəkləyəcəyik".
YAP İdarə Heyətinin üzvü Nəriman Salmanov da öz növbəsində bildirdi ki, 15 iyun-Milli Qurtuluş günü Azərbaycanın düşdüyü böhranlı, xaos və parçalanma təhlükəsindən qurtardığı şərəfli tarixdir: "Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti, iradəsi, mübarizliyi sayəsində Azərbaycan xalqı bəlalardan yaxa qurtarmağı bacardı".
Tədbirin sonunda 11 saylı inteqrasiya tipli ibnternat məktəbinin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya göstərildi, eləcə də şagirdlərin müxtəlif əl işləri sərgisinə baxış keçirildi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB