BAXCP rəsmisi: “Əli Kərimlinin ətrafında heç 5-10 nəfər adam yoxdur” AÇIQLAMA

BAXCP rəsmisi: “Əli Kərimlinin ətrafında heç 5-10 nəfər adam yoxdur” AÇIQLAMA

"Bu günə kimi Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərin əleyhinə həm erməni diasporası, həm də daxildə olan Əli Kərimli və onun əlaltıları fəaliyyət göstəriblər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı "Milli Şura" və AXCP-nin Azərbaycanda keçiriləcək "Formula-1" yarışı ərəfəsində planlaşdırdıqları aksiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ermənilərin, Əli Kərimlinin də əsas məqsədi o olub ki, bütün dünyanın nəzəri Azərbaycanda olduğu halda imkan düşdükcə dövlətin və onun hakimiyyətinin əleyhinə qarayaxma kampaniyası aparsınlar: "Bu gün də Əli Kərimlinin bu cür təşəbbüslə çıxış etməsini təbii qarşılamaq lazımdır. Əsas məqsəd dövlətə zərbə vurmaqdır. Bu adamın ətrafında 5-10 nəfər yoxdur. Belə vəziyyətdə hansı aksiyadan söhbət gedə bilər?".

Bütün xəbərlər Facebook səhifəmizdə