İyunun 11-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şəki şəhərində "Multikultural dəyərlərimiz və gənclik" mövzusunda bölgə müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Müşavirədə geniş məruzə ilə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu və bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini bildirib.
Azərbaycanın özünü multikultural dövlət kimi tanıtdığını vurğulayan Əli Əhmədov multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
Əli Əhmədov qeyd edib ki, ölkəmizdə multikultural dəyərlərin insanların həyat tərzinə çevrilməsində zəngin təcrübə vardır: "Artıq bütün dünya multikulturalizmin və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir. Son illər Azərbaycan çox sürətlə inkişaf edir. Bu inkişafın kökündə iqtisadi inkişaf dayanır."
Baş nazirin müavini bildirib ki, ölkəmizdəki tolerantlıq mühiti əsasında duran amillərdən, ilk növbədə, siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək lazımdır. Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.
Azərbaycanda sabitliyin, əmin-amanlığın, dincliyin və rahatlığın hökm sürdüyünü qeyd edən Əli Əhmədov bu sabitliyin qorunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar və dinc yolu ilə həllinə üstünlük verdiyini bildirib.
"Aprelin əvvəllərində cəbhə bölgəsində qoşunların təmas xəttində erməni silahlı birləşmələrinin törətdiyi təxribatla bağlı Azərbaycan Prezidentinin atəşkəsin bərpa olunması barədə təşəbbüsü bunu bir daha təsdiq etdi.
Aprelin əvvəllərində cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan vətəndaşlarında, xüsusilə gənclərdə vətənpərvərlik hissinin nə qədər güclü olduğunu göstərdi."-deyə, Baş nazirin müavini qeyd edib.
Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin inkişafımızın və birliyimizin əsasını təşkil etdiyini vurğulayan Əli Əhmədov partiya üzvlərini bu ideologiyaya sadiqli əməli işləri ilə doğrultmağa və siyasi həmfikirlərini Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə çağırdı.
Bölgə müşavirəsində YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, eləcə də, YAP-ın Şəki-Zaqatala bölgəsi üzrə rayon təşkilatlarının sədrləri və gənc fəalları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB