ANAMA iyunun 9-da bir ev və həyətyanı sahəyə, iki əkin sahəsinə, bir fermaya, dörd partlayış yerinə baxış keçirib. ANAMA-dan SİA-ya verilən məlumata görə, Tərtər rayonunun Cəmilli kəndində 1 ədəd partlamamış hərbi sursat -100 millimetrlik top mərmisi aşkar edilərək götürülüb.
Füzuli rayonunun Horadiz şəhərində üç partlamamış hərbi sursat - 120 millimetrlik minaatan mərmiləri aşkarlanaraq götürülüb.
Gün ərzində 5 700 kvadratmetr ərazi minalardan təmizlənib.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində bir ev və həyətyanı sahədə bir partlayış yerinə baxış keçirilib. 3000 kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən iyunun 9-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 591 ev və həyətyanı sahəyə, iki hərbi hissəyə, iki kənd qəbiristanlığına, beş kənd orta məktəbinə, bir tibb məntəqəsinə, 22 fermaya, əkin sahələrinə və bir şərab zavodunun ərazisinə baxış keçirilib. 1513 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç POMZ-2 və tank əleyhinə yeddi mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı çevik qruplar minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB