“Almaniya Türkiyə münasibətlərinin inkişafına ciddi ehtiyac var” ŞƏRH

“Almaniya Türkiyə münasibətlərinin inkişafına ciddi ehtiyac var” ŞƏRH

"Azərbaycan Prezidentinin Almaniyaya səfərindən bir çox məqamlar asılıdır ki, buna Türkiyə Almaniya arasında olan münasibətlərin inkişafı daxildir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Almaniya Türkiyə arasında münasibətlərin inkişafına hər iki tərəfin, eləcə də Azərbaycanın da ciddi ehtiyacı var: "Azərbaycan öz nefti və qazını dünya bazarlarına çıxarır. Burada Almaniyanın dəstəyinə ehtiyac var. Bu baxımdan ümid edirəm ki, sözegedən ölkələr arasında münasibətlər inkişaf edəcək və problemlər öz həllini tapacaq".

Politoloq səfər zamanı Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanatlarla bağlı fikirlərini bildirib. O qeyd edib ki, Almaniya tərəfinin status-kvonun dəyişdirilməsi, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olması ilə bağlı fikirləri hələ ki yalnız bəyanat xarakterlidir və bunun üzərində çalışmağa ehtiyac var.

Beynəlxalq Birliyin, həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistanı sülhə məcbur etməkdə zəiflik nümayiş etdirməsi məsələsinə gəlincə Q. Hüseynli bunun bir çox səbəbləri olduğunu bildirib: "Bunlardan biri Qərb dövlətlərinin eləcə də beynəlxalq qurumların ikili standartlardan çıxış etməsidir. Çox təssüf ki, dini ayrı-seçkilik də burada özünü göstərməkdədir. Ümumiyyətlə, Qərbdə xristian təəssübkeşliyi, islamafobiyanın olması həmin ölkələrin Dağlıq Qarabağ məsələsində ədalətli mövqe sərgiləmələrinə mane olur ki, bu da problemin həllini uzadır" .

Bütün xəbərlər Facebook səhifəmizdə