"Prezident İlham Əliyevin Almaniyaya çox uğurlu, dünya mətbuatını cəlb edən səfəri zamanı bir iki insident də diqqəti cəlb etdi. Belə ki, xaricdə bəzi anti-Azərbaycan mərkəzləri kiçik bir qrupla Azərbaycan nümayəndəlikləri qarşısında biket keçirməyə cəhd etdilər". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili söyləyib ki, 4-5 nəfərin toplaşdığı və Azərbaycana böhtan xarakteri daşıyan şüarlarla dolu olan aksiya heç Almaniya mətbuatının diqqətini cəlb etməyib.
A. Mirzəzadənin sözlərinə görə, həmin aksiyalarda 1-2 nəfər erməni diaspora nümayəndələrinin qondarma "Dağlıq Qarabağın" sürətini qaldırmağa cəhd etməsi, eləcə də Azərbaycandan mühacir etmiş 1-2 nəfərin iştirakı diqqət çəkən məqamlardan idi: "Burada belə bir təəssürat yaranır ki, ölkəmizə qarşı Səlib yürüşündə Ermənistan Dağlıq Qarabağ seperatçı qüvvələri və Azərbaycandan mühacir etmiş müəyyən qruplar birgə hərəkət edirlər. Əlbəttə bu, birbaşa xəyanətdir. Həmin insanların xəyanəti ilə Almaniya Bundestaqında Türkiyəyə qarşı qətnamənin müəllifinin xəyanəti arasında heç bir fərq yoxdur. Düzdü sonradan onlar özlərini təmizə çıxarmağa və məsələnin başqa cür olduğunu deməyə çalışsalar da, fakt faktlığında qalır. Onların Azərbaycana qarşı eyni əzmlə "mübarizə" aparmalarının kökündə ölkəmizin uğurlarına kölgə salmaq durur. Hesab edirəm ki, bu cür insidentlər kimin kim olduğunu bilmək üçün yaxşı imkan yaradır".
Millət vəkili əlavə edib ki, belə insanların hərəkətindən asılı olmayaraq Azərbaycan bir dövlət olaraq qüdrətini bundan sonra da artırmağa davam edəcək , vətəndaşlarının hüquq və azadlıqlarını daha yüksək səviyyədə qorumaqla yanaşı, beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB