Növbədənkənar ilk plenar iclas iyunun 14-də keçiriləcək

Növbədənkənar ilk plenar iclas iyunun 14-də keçiriləcək

Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasının vaxtı məlum olub. SİA-nınxəbərinə görə, Milli Məclisdən verilən məlumatda bildirilir ki, növbədənkənar ilk plenar iclas iyunun 14-də keçiriləcək.

Lakin iclasın gündəliyi hələlik müəyyənləşməyib.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyasının iclası mayın 31-də keçirilib. Lakin deputatların müraciəti əsasında növbədənkənar xüsusi sessiya çağırılıb. Növbədənkənar sessiya çərçivəsində iki plenar iclas keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə