"Biz Almaniyadan Xocalı soyqırımını tanımasını gözləyirik". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Avropada çox təhlükəli proseslərin getdiyini dilə gətirən millət vəkili söyləyib ki, Almaniya Bundestaqı tərəfindən olmayan soyqırımı haqqında deyil, məhz Xocalı soyqırımı haqqında sənədin qəbul edilməsi daha düzgün olardı: "Soyqırımının dini yoxdur. Amma nədənsə Avropada bu məsələ ilə bağlı ayrı-seçkilik hökm sürür".
Azərbaycan Prezidentinin Almaniya səfərini şərh edən A. Mollazadə söyləyib ki, bu səfərdən sonra Almaniya tərəfindən müəyyən müsbət addımlar gözlənilir: "Azərbaycan Prezidenti səfəri zamanı həmin ölkənin Kansleri Angela Merkellə birgə keçirilən mətbuat konfransında ATƏT-in sədri olan Almaniyayanın diqqətinə Azərbaycanla bağlı həqiqətləri çatdırmış oldu. Həm Dağlıq Qarabağın işğalı, həm Xocalı soyqırımı, həm də etnik təmizləmələrlə bağlı fikirlərin Avropanın ən nüfuzlu ölkələrindən birinin paytaxtında səslənməsi ölkəmiz üçün gözəl fürsət idi".
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti həmin tribuna vasitəsilə Azərbaycan haqlı tələblərini beynəlxalq ictimaiyyətə çatdıra bildi: "Azərbaycan prezidentinin səfərindən çox məqamlar asılıdır. Bu səfər Azərbaycan-Almaniya iqtisadi münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, iqtisadi istiqamətdə olan potensialı rellaşadırmağa da xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB