Yalanın alman modeli və ya Azərbaycana edilən böyük haqsızlıq

Yalanın alman modeli və ya Azərbaycana edilən böyük haqsızlıq

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini illərdir görməzdən gələn, buna məhəl qoymayan Almaniya, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, işğalına və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, etinasız qaldıqları azmış kimi, üstəlik qondarma "erməni soyqırımı"nı tanımaqla, saxta qanun qəbul etməklə, ermənilərə dəstək olmaqla Azərbaycana qarşı böyük haqsızlıq etdilər. Onsuz da qəbul etdikləri bu qanun hüquqi cəhətdən heç bir anlam kəsb etmir. Çünki biz Ermənistanın ərazilərini deyil, onlar bizim əraziləri işğal etdilər. Millətimiz ermənilər tərəfindən təcavüzə məruz qaldı. Bu faktdır. Qondarma "erməni soyqrımı" kimi əsassız deyil. Almaniya parlamenti bu qərarı qəbul etməmişdən əvvəl, gərək bu məsələ ətrafında arxivdə geniş araşdırmalar və münaqişənin təhlilini aparardılar. Bəlkə də aparıblar, amma səthi. Özlərinə hansı qərar xeyir edibsə onu da qəbul ediblər. Cənab prezident İlham Əliyevin də dediyi kimi, "Ermənistan böyük dövlətlərin əlində alətə çevrilib". Hansı ölkə necə istəyirsə, özlərinə necə sərf edirsə, Ermənistandan elə də istifadə edirlər. Bir əsr əvvəldən danışanlar, niyə 20-25 il bundan öncə baş vermiş dəhşətli hadisələrdən, işğal olunmuş Dağlıq Qarabağdan, acısı hələ də ürəyimizi qanadan Xocalı soyqırımından danışmır? Göz yumurlar bu gerçəklərə. Bu cür ədalətsiz siyasət beynəlxalq münasibətlərin gərginləşməsinə, ölkələrin bir-biri ilə düşmənçiliyinə gətirib çıxarır.



Lamiyə İsazadə

QHT rəhbəri, şair, publisist

Bütün xəbərlər Facebook səhifəmizdə