ABŞ nümayəndəsi: “Siyasətçilərə yarım milyona yaxın məktub göndərilib” AÇIQLAMA
"Amerikada fəaliyyət göstərən ABŞ azərbaycanlılarının şəbəkəsi vasitəsilə son 5 ildə rəsmi Vaşinqtonun siyasətçilərinə, konqresmenlərə, senatorlara, prezidentlərə yarım milyona yaxın məktub göndərilib". Bunu SİA-ya ABŞ-ın diaspora nümayəndəsi Adil Bağırov deyib.
Onun sözlərinə görə, ABŞ-da diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində hər il heç olmasa minimum 60 məqalə çap edilir: "Hətta bəzi illərdə də 80 məqalə çap etmişik. Ümumiyyətlə bu, rekord göstərici sayılır. Çünki bizdən başqa heç kim bu qədər məqalə çap etmir. Hətta deyərdim ki, bu ən böyük jurnal və qəzetlərdə dərc olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB