Küveyt nümayəndəsi: “Bütün dünya bilir ki, Qarabağ torpaqları Azərbaycanındır” AÇIQLAMA
"Ümumiyyətlə hər 5 ildən bir keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çox böyük önəmə malikdir. Bu cür qurultaylar diaspora nümayəndələri üçün əlaqələrin sıxlaşmasına gətirib çıxarır. Bununla belə diaspora təşkilatlarının olduğu ölkələrdə hansı problemlərin olub-olmaması bəlli olur". Bunu SİA-ya Küveyt diasporasının nümayəndəsi Badea M.Ali deyib.
Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev diaspora nümayəndələrinin fəaliyyətini dəstəkləyir: "Təbii ki, bu bizə qürur verir və inam yaradır".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə gəlincə deyə bilərəm ki, bu gün Küveytdə ermənilər çoxluq təşkil edir: "Biz Azərbaycan cəmiyyəti olaraq Küveytdə azlıq təşkil edirik. Sayımızın az olmasına baxmayaraq, biz orada çox fəalıq. Mütəmadi olaraq Xocalı soyqırımı, turizmlə bağlı sərgilər keçiririk. Bununla belə mətbuata çıxışımız olur və qəzetdə yazılar dərc edirik. Ümumiyyətlə ermənilər hər vəchlə çalışırlar ki, təxribata əl atsınlar və yalan məlumat yaysınlar. Amma onlar heç zaman öz istəklərinə nail ola bilməyəcəklər. Çünki bütün dünyaya da bəllidir ki, Qarabağ torpaqları Azərbaycanındır. Ümid edirik ki, tezliklə Azərbaycanın torpaqları geri qayıdacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB