Elşad Miraləm: “Diaspor təşkilatlarına tapşırıqlar verilib” MÜSAHİBƏ
Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin müdiri Elşad Miraləmin SİA-ya müsahibəsi
- Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdi. İlk qurultaydan bu günə qədər Azərbaycanın diaspora sahəsində hansı dəyişikliklər baş verib?
- Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edərək geniş nitq söyləmişdi. Həmin nitq Azərbaycan diasporunun növbəti dövr üçün fəaliyyətini əsas istiqamətlərini müəyyənləşdirən tezislə zəngin idi. Bu qurultaydan sonra Azərbaycan diasporunun həyatında çox mühüm dəyişikliklər baş verdi. Onlardan biri 2002-ci ildə qəbul edilən "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun layihəsi idi. Bundan başqa xaricdə yaşayan azərbaycanlılarla iş aparmaq üçün dövlət orqanının yaradılması haqqında qərar qəbul edildi. 2008-ci ildə həmin komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Qurultaydan sonra dünya azərbaycanlılarının təşkilatlanması məsələsi geniş vəsət aldı. O zamana qədər xarici ölkələrdə Azərbaycanın 200-ə yaxın diaspora təşkilatları pərakəndə şəkildə, koordinasiya olunmadan fəaliyyət göstərirdi. Daha sonra bu təşkilatların sayı getdikcə artmağa başladı və hazırda 462 diaspor təşkilatı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir. Bu təşkilatları koordinasiya edən mərkəzlərin yaradılması onların fəaliyyətini daha da genişləndirdi. Müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilatlarımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyıqırımı ilə bağlı bir çox uğurlu təşəbbüslər həyata keçirilir. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası aparılır. 2001-ci ildən bu günə kimi xarici ölkələrdə ölkə həqiqətlərinin təbliği və digər istiqamətlərdə Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 3500-dən çox tədbir keçirilib. Ümumilikdə bu dövr ərzində Azərbaycan diasporu çox böyük inkişaf yolu keçib. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında diaspor təşkilatlarımızın rolu artır, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın çağırışına ürəklə səs verirlər.
- Ötən həftə ölkəmizdə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının hansı əhəmiyyətli nəticələri oldu?
- Ümumiyyətlə, qurultayların əsas məqsədi həm ötən dövr ərzində görülən işlərə yekun qiymət verib, təhlil etmək, həm də növbəti dövr üçün Azərbaycan diasporunun fəaliyyət istiqamətləri müəyyənləşdirməkdən ibarətdir. Bu baxımdan IV qurultay çox səmərəli oldu. Bilirsiniz ki, qurultayda Prezident İlham Əliyev çıxış edərək Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı öz tövsiyyələrini verdi. Ölkə başçısının qurultaydakı çıxışı diaspor təşkilatlarının fəaliyəti üçün proqram xarakterli idi. Eyni zamanda panellərdə lobbi quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında informasiya müharibəsi, gənclərə, cəmiyyətə inteqrasiya ilə bağlı geniş müzakirələr aparıldı. Diaspor təşkilatları çıxışlarında yeni ideya və təkliflərini bildirdilər. Bütün bu fikirlər hazırda komitəmizin analitik qrupu tərəfindən təhlil edilir və yekun nəticələrlə bağlı təkliflər hazırlanır.
- Cənab Prezdent qurultayda çıxışı zamanı diaspora sahəsində müəyyən çatışmazlıqlara da toxundu. Bu gün Azərbaycanda diaspora sahəsində nə kimi problemlər var və bu qurultaydan sonra hansı istiqamətlər üzrə işlər aparılacaq?
- Azərbaycan Prezidenti qurultayda çıxışı zamanı ilk növbədə xarici KİV-lərlə işin qurulması məsələsini xüsusi vurğuladı. Ölkə başçısı bildirdi ki, bu iş də ən böyük yük məhz Azərbaycan diasporlarının üzərinə düşür. Çünki, diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə həm də QHT-dir və onlar dövlət qurumları, rəsmi təmsilçiliklərlə ilə müqayisədə daha sərbəst və azaddırlar. Onların əlaqə qurma imkanları daha genişdir. Ölkə rəhbəri söylədi ki, diaspor təşkilatları bu istiqamətdə müəyyən proqram əsasında fəaliyyət göstərməlidir. Artıq bununla bağlı müvafiq tapşırıqlar verilib və hazırda müəyyən layihələr hazırlanır. Bu layihələrə əsasən, təkliflər əsasında konsepsiya hazırlanacaq ki, bununla bağlı diaspor təşkilatların müvafiq tövsiyələr veriləcək. Eyni zamanda Azərbaycan Prezidenti çıxışında azərbaycanlıların ictimai-siyasi həyatındakı rolu haqqında fikirlərini bildirib. Bu gün dünyanın müxtəlif ölkələrində çoxlu sayda azərbaycanlılar yaşayır. Onlar yüksək səviyyədə korodinasiya olunsalar da hələ ki, həmin ölkələrin siyasi həyatına təsir edə biləcək bir faktora çevrilməyiblər. Bunun bir çox səbəbləri var. Onlardan da biri Azərbaycan diaspora tarixinin yeni formalaşmasıdır. Təbii ki, yeni formalaşan icmaların, təşkilatların siyasi həyata təsir imkanları uzun müddət həmin ölkələrdə yaşayan təşkilatlarla müqayisədə daha az olur. Bundan sonra diqqət edəcəyimiz əsas məqamlardan biri diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyi ölkələrin siyasi həyatana inteqrasiyasıdır. Bizim əsas tələbimiz Azərbaycanın haqq səsinin eşidilməsidir. Azərbaycanın məruz qaldığı haqsızlıqlar həmin ölkələrin tribunalarında səslənməlidir. Hesab edirik ki, bu istiqamətdə görüləcək işlər çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB