"Avropa Parlamentinin qərarı erməni lobbisinin səyi nəticəsində qəbul edilib" RƏY

"Avropa Parlamentinin qərarı erməni lobbisinin səyi nəticəsində qəbul edilib" RƏY

"Avropa Parlamentinin liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupunun Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması ilə bağlı qərarı konkret faktlara söykənməyən, həm erməni lobbisinin, həm də anti- Azərbaycan qüvvələrinin səyi nəticəsində qəbul edilib". Bu fikirləri SİA-ya açıqlamasında siyasi-ekspert Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, belə tendensiya Azərbaycanla Avropa Parlamenti arasında narazılığı davam etdirəcək: "Avropa Parlamentinin bu mövqeyi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 2-də Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupun vitse-sədri, "Şərq Tərəfdaşlığı" Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edərkən də bildirmişdi ki, hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Necə ola bilər ki, bir müddət əvvəl ABŞ departamenti insan haqları ilə bağlı Azərbaycanda müsbət hal kimi açıqlamalar yayır, lakin Avropa Parlamentinin fraksiya təmsilçiləri əksinə fikir formalaşdırırlar? Təbii ki, bu addımların arxasında qərəzçilik dayanıb. Ədalətsiz mövqe Avropa-Azərbaycan əlaqələrini pozmağa hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə