VƏLİ MÜƏLLİMCəbrail Fərzəliyev: “Prezidentin Almaniya səfəri yalan üzərində qurulan erməni iddialarına zərbə vuracaq” AÇIQLAMA!
"Prezident İlham Əliyevin Almaniya səfəri mühüm əhəmiyyət kəsb edir. Xüsusən də, rəsmi Berlinin ATƏT-in sədrliyi missiyasını həyata keçirdiyi bu dönəmdə səfərin əhəmiyyətini yüksək qiymətləndirmək olar".
Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cəbrail Fərzəliyev bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli istiqamətində Almaniyadan müsbət yöndə gözləntilər var: "Hesab edirəm ki, bu səfər zamanı Almaniya-Türkiyə münasibətlərinə də aydınlıq gətiriləcək. Bildiyiniz kimi, bir sıra ölkələrin parlamentləri qondarma "erməni soyqrımı"nı tanıyıb və bir neçə gün öncə Almaniya Bundestaqının da qondarma "erməni soyqırımı" layihəsini dəstəklədiyinin şahidi olduq. Məhz belə bir zamanda bu səfər həm də erməni oyunlarına, yalan, iftira üzərində qurulan erməni iddialarına qarşı ciddi zərbə vuracaq. Əlbəttə qondarma "erməni soyqrımı"n dünyanın aparıcı dövlətləri tərəfindən tanınması müsbət tendensiya deyil və arzuolunmaz haldır. İkilistandartlar, qərəzli münasibət bizlər üçün yeni bir məsələ deyil, zaman-zaman biz Qərbin qeyri-obyektivliyinin şahidi olmuşuq. Bundestaqın qərarından öncə də ermənilərə qarşı bu münasibət mövcud idi. Fikrimcə, Bundestaqın qərarının Qarabağ münaqişəsinin həlli istiqamətində mənfi təsiri olmayacaq. Bu qərardan sonra Almaniyanın ermənipərəst siyasət yürüdəcəyini zənn etmirəm. Heç bir dövlət Azərbaycan kimi mühüm gücə malik olan bir dövləti itirmək fikrinə düşməz. Hesab edirəm ki, Cənab Prezidentin səfərindən sonra bir çox mühüm məsələlərə aydınlıq gətiriləcək və iki dövlət arasındakı münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB