Aydın Mirzəzadə türk əsilli deputata: "Anaya xəyanət edən oğullar bağışlanmır" MÜRACİƏT
Yeni Azərbaycan Partiyası İcra katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə 2 iyunda Almaniya Bundestaqında Osmanlı İmperiyasında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamənin müəllifi və fəal dəstəkçisi olan milliyətcə türk olan Cem Özdemirə alman dilində müraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, müraciətdə deyilir:
"Cənab Cem Özdəmir!
Sizin təşəbbüsünüzlə Almaniya parlamentində Osmanlı İmperiyasında 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanunun qəbul edilməsi sivil dünyada, o cümlədən türkdilli Azərbaycan xalqında böyük təəccüb və təəssüf doğurdu. Azərbaycan Türkiyə ilə qardaş ölkə, strateji müttəfiqdir və ona görə də onunla və istənilən türkdilli dövlətlə baş verənlərə həssaslıqla yanaşır. Eyni zamanda Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən 1991-1994-cü illərdə işğal edilmiş və əhalimizin bir milyon nəfərindən çoxu Ermənistan qoşunları tərəfindən öz torpaqlarından çıxarılmış və məcburi köçkünə çevrilib.
Ermənistan Silahli Qüvvələri tərəfindən 26 fevral 1992-ci ildə Xocalı şəhərində soyqırımı törədib, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150-si isə itkin düşdü.
BMT Təhlükəsizlik Şurasının 1992-1993-cü illərdə 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş və ondan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmq tələb edilib. Qətnamələr indiyə qədər yerinə yetirilməyib.
Ancaq nə bütün dünyanın reaksiya verdiyi Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərindən işğal edilməsi və bir mliyon azərbaycanlının məcburi köçkün düşməsi məsələsinə, nə Ermənistan tərəfindən törədilən Xocalı faciəsi məsələsinə, nə də Türkiyənin düçar olduğu terror hadisələrinə siz indiyədək münasibət bildirməmisiniz.
Siz uydurma "erməni soyqırımı" məsələsinin yalan və Türkiyəyə qarşı bir təzyiq vasitəsi olduğunu bir türk və Türkiyədə böyümüş bir insan kmi bilməli idiniz. Heç olmasa bu layihəni hazırlayarkən həmin dövr üzrə ixtisaslaşan dünya tarixçiləri ilə məsləhətləşə bilərdiniz. Siz bilməli idiniz ki, Tükiyə dəfələrlə Ermənistana birgə komissiya yaradaraq 1915-ci il hadisələrinə birdəfəlik aydınlıq gətirmək üçün arxivlərdə işləmək təklifi etsə də, təklif Ermənistan tərəfindən rədd edilib. Çünki, erməni millətçilərinin soyqırım iddiası heç bir arxiv materialları ilə təsdiqlənmir və bu dəfələrlə ciddi elmi və siyasi dairələr tərəfindən səsləndirilib. Elə siz özünüz də 15 il əvvəl yazdığınız məqalənizdə Fransada soyqırımın tanınmasını tənqid edərək, "1915 və ondan əvvəl 1895-ci ildə baş verən hadisələrin ələ alınma yeri nə Vaşinqton, nə də Paris və Berlindir" deyə vurğulamışdınız.
Son dövrlər Türkiyə ilə Almaniya arasında münasibətlər heç də xoş günlərini yaşamırdı. Bu vəziyyətdən erməni milllətçi dairələri və anti-türk mərkəzləri uğurla istifadə etdilər və heç bir tarixi fakta söykənməyən qərar münasibətlərin gərgin olduğu bir zamanda emosiyalar üzərində qəbul edildi. Ağrıdıcıdır ki, bu səlib yürüşünün önündə siz və türk millitindən olan daha 10 bundestaq deputatı getdiniz. Yeganə həqiqət müdafiçəsisi isə türk dünyası ilə heç bir bağlılığı olmayan xristian-demokrat Bettina Kudla oldu. Bu məqamda Türkiyə və türk dünyası siz 11 türk deputatından ədalət və müdafiə gözləyirdi. Amma ona ən ağır zərbəni isə elə sizlər, öz oğul və qızları vurdular.
Almaniya qüdrətli dövlət, alman xalqı müdrik xalqdır. Nə zamansa, Almaniya bu məsələyə yenidən qayıdacaq və 2 iyunda buraxdığı səhvi düzəldərək Tükiyədən üzr istəyəcək. Ancaq sizlərin üzrü isə qəbul edilməyəcək, çünkü anaya xəyanət edən oğullar bağışlanmır".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB