Sabir Rüstəmxanlı: “Diasporumuzun Vətənlə əlaqələri güclü olmalıdır” AÇIQLAMA

Sabir Rüstəmxanlı: “Diasporumuzun Vətənlə əlaqələri güclü olmalıdır” AÇIQLAMA

"Ümumiyyətlə, dünya getdikcə balacalaşır. Miqrasiya, köç dünyanın normal həyat tərzinə çevrilir və insanlar qitədən qitəyə, ölkədən ölkəyə köç edir. Beləcə, onlar özləri ilə birlikdə öz Vətəninin, torpağının həm gözəlliklərini, həm də dərdlərini, problemlərini aparırlar. Bizdən asılı olmadan dünyada erməni diasporu çox geniş yayılıb". Bunu SİA-ya Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı deyib.

DAK-ın həmsədri buna səbəb kimi ermənilərin vətənlərinin olmamasını göstərib: "Məsələn, Livanda, Venesiyada yaşayan erməni elə oralıdır. Onlar Ermənistandan köçüb getməyiblər. Ermənistanda Azərbaycan türkləri yaşayıblar. Amma hər halda onlar indi özlərini diaspor sayırlar. Çünki bunlar üçün süni yolla Ermənistan qurulub. İşğalçı ölkə hər yerdə də bizlərin, türkün, islam dünyasının əleyhinə təbliğatlar aparırlar. Ermənilər son dərəcə eybəcər bir şəkildə, yalan üzərində və heç bir əsası olmadan öz törətdikləri vəhşilikləri bizim adımıza çıxarırlar. Təbii ki, belə bir vəziyyətdə Azərbaycan diasporu yatıb qala bilməz".

S.Rüstəmxanlı əlavə edib ki, Azərbaycan diasporu hər yerdə onlarla üz-üzədir: "Məhz buna görə də bizim diasporamızın Vətənlə əlaqələri güclü olmalıdır. Onlar Azərbaycan tarixini, qonşularımızla münasibətləri, Ermənistanla olan münaqişənin tarixini bilməlidirlər. Bütün bunların hamısını bilməlidirlər ki, onlara tutarlı cavab versinlər. Təbii ki, bu olmasa ildən-ilə dünyanın bizim haqqımızda təsəvvürləri daha da pisləşər. Çünki Azərbaycandan nə qədər istəyirsən danış amma bunu bütün dünya ölkələrinə istənilən şəkildə yaymaq mümkün deyil. Ona görə də Dünya Azərbaycanlılarının Qurultayı son dərəcə əhəmiyyətli bir tədbirdir".

Bütün xəbərlər Facebook səhifəmizdə